Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib. "Rekord.az" xəbər verir ki, Zülfüqarov AVRO-2023-ün təsnifat mərhələsinin A qrupunun İsrail - Xorvatiya matçında baş hakim olaraq oyunu idarə edəcək.

Qarşılaşma bu gün İsrailin Hadera şəhərində baş tutacaq. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Cevik Ramazan yerinə yetirəcək.

Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.