Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək voleybol üzrə oğlanlardan ibarət U-18 yığmamız geniş heyətlə məşqlərə start verib. "Rekord.az" xəbər verir ki, bu gün təşkil olunan məşq prosesində Bakıdan və bölgələrdən dəvət olunmuş ən perspektivli gənclər iştirak ediblər.

Cəlil Baxtiozinin rəhbərlik etdiyi məşq həm tanışlıq, həm də yarışda iştirak edəcək komandamız üçün seçim xarakteri daşıyıb. 

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi məşq prosesini izləyib, idmançılar üçün yaradılmış şəraitlə maraqlanıb və onlara EEVZA çempionatında uğurlar arzu edib. 

Qeyd edək ki, dekabrın 5-dən 9-dək Gürcüstanda təşkil olunacaq yarışda millimiz ilə yanaşı, Gürcüstan, Ukrayna, Estoniya, Polşa və Latviya voleybolçuları da iştirak edəcəklər.