Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş məktəbli oğlanlar arasında basketbol üzrə rayon birinciliyi keçirildi.

Rekord.az xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən idarə rəisi Azad Quliyev gəncləri bayram münasibətilə təbrik etdi, bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd basketbol idman növünə gənclərin marağını artırmaq, bu idman növünün kütləviliyini daha da artırmaqdır.

Gərgin və maraqlı keçən yarışın sonunda Xırmandalı 1 nömrəli tam orta məktəbin komandası I yerə, İnternat tipli məktəb-liseyin komandası II yerə, Şəhər 4 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülərək Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.