Biləsuvar rayon Xırmandalı kəndində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektoru tərəfindən “Sağlam həyat günləri” layihəsi çərçivəsində idmançılar arasında jim yarışı keçirildi.

Rekord.az xəbər verir ki, qaliblər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.