Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin, Biləsuvar Gənclər Evinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 26 fevral Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında tir atıcılığı üzrə rayon birinciliyinə yekun vurulub.

Rekord.az xəbər verir ki, birincilikdə rayonun 17 ümumtəhsil məktəb komandasından 63 gənc sərrast atıcılıq qabiliyyətlərini nümayiş etdirib.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə ən çox xal toplayan Yuxarı Cürəli kənd tam orta məktəbin komandası birinci yerə, İsmətli kənd tam orta məktəbin komandası ikinci yerə, Bağbanlar kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Qalib gələn komandalar kubok və diplomlarla mükafatlandırılıb