Yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması, sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılması məqsədilə Biləsuvarda futbol matçı keçirilib.

Rekord.az xəbər verir ki, Biləsuvar komandası ilə Yeni Suraxanı komandası arasında keçirilən matç yoldaşlıq xarakteri daşıyıb.

Oyun Biləsuvar komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.