Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasının “Keşlə” – “Neftçi” oyununda “Keşlə”nin futbolçusu Elnur Mirzəyev qarşılaşmanın 56-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Keşlə”nin digər futbolçusu Əliəkbər Şəbiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Neftçi”nin futbolçusu Ramin Nəsirli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Energetik” – “Göyəzən” oyununda “Energetik”in futbolçusu Ruslan Voronsov qarşılaşmanın 66-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Alyans” – “Ərkivan” oyununda “Ərkivan”ın futbolçusu Hilal Məmmədov qarşılaşmanın 88-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının “Sabah” – “Tufan” oyununda “Tufan”ın futbolçusu İlkin Abbaslı qarşılaşmanın 86-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının “İsgəndər Cavadov BFA” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Vüsal Əliyev qarşılaşmanın 70-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının İOEUGİM – “Səbail” oyununda “Səbail”in futbolçusu Elməddin Qurbanlı qarşılaşmanın 78-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının “Keşlə” – “Səbail” oyununda “Səbail”in futbolçusu Rza Əliyev qarşılaşmanın 73-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı
vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Sabah” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Nurlan Qurbanov qarşılaşmanın 62-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt”ın heyətində turu buraxmalı olan oyunçu Ümid Rəcəbov oyunda iştirak edib. Bu səbəbdən “Sumqayıt”a 0:3 hesablı məğlubiyyət verirlib.

U-14 Liqasının “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt”ın futbolçusu Namiq Məmmədzadə qarşılaşmanın 70-ci dəqiqəsində rəqibi bilərəkdən vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Qarşılaşmanın 70-ci dəqiqəsində “Zirə”nin futbolçu Çingiz Mədətov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının “Kəpəz” – TİM (Gəncə) oyunununda TİM (Gəncə) komandasının futbolçusu Sənan Şamilov qarşılaşmanın 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının UGİM (Neftçala) – “Məhsul” (Cəlilabad) oyununda UGİM (Neftçala) komandasının futbolçusu Həzrət Nəzərli qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasının “Keşlə” – “Quba İK” oyunu “Quba İK” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Quba İK” komandasına 0:3 hesablı məğlubiyyət verilib.

U-11 Liqasında keçirilməli olan “Xızı Təhsil” – “Nabran”(Xaçmaz) oyunu “Xızı Təhsil” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Xızı Təhsil” komandasına 0:3 hesablı məğlubiyyət verilib.

U-11 Liqasının UGİM (Astara) -“Zirvə” (Lənkəran) oyunununda UGİM (Astara) və “Zirvə” (Lənkəran) komandalarının baş məşqçiləri Qəhrəman Mirzəyev və Xəyal Abbasov bir-birilərini təhqri etdiklərinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən hər iki rəsmi şəxs 3 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş “Borçalı” – “Red Line” matçında “Borçalı” klubunun futzalçısı Asif İsmayılov kobud oyuna  görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Həmin görüşdə “Borçalı”nın futzalçısı Anar Səlimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş NTD – EKOL matçında EKOL klubunun futzalçısı Samir Həmzəyev kobud oyuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Baker Tilly” – “Xızı Futsal” oyunu “Xızı Futsal”ın təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Buna görə “Xızı Futzal” komandasına 0:5 hesablı məğlubiyyət verilib.