Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Məlumatda, 20 klubda 17-21 iyun aralığında bütovlükdə 1829 nəfərin testdən keçdiyi bildirilib. Testlər nəticəsində bir nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxsin adı və klubu məlum deyil. Onun 7 gün karantində qalacağı bildirilib.

Koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-dən bərpa olunub.