Bir oyun, üç debüt
- 05 Dek 2019 19:00
- 1056
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunu üç futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.
Rekord.az xəbər verir ki, start heyətində yer alan Tapdıq Əhmədovla Kənan Cəfərov, həmçinin meydana sonradan daxil olan Cəlal Hüseynov ilk dəfə “qartallar”ın heyətində rəsmi görüşə çıxıb. Komandanın qələbəsinə töhfələrini verən futbolçular klub tarixinin oyunçuları sayını artırıb.
Bunadək 181 matç keçirən “Zirə”də 117 futbolçu forma geyinmişdi. Debütantlar bu rəqəmi 120-yə çatdırıblar.
Bu “üçlük”, həmçinin Robin Nqalande, Rafael Məhərrəmli, Orxan Sadıqlı, Anastasios Papazoğlu, Soni Norde, İbrahim Aslanlı “Zirə”də ilk kubok matçına çıxıb. 1/8 final görüşünədək kubokda 69 oyunçu şans qazanmışdısa, bu rəqəm 78-ə yüksəlib.
Qeyd edək ki, “Zirə” ev oyununda 4:0 hesabı ilə qalib gəlib.