“Bir sıra oyunçumuzun səhvi buna gətirib çıxardı”
- 19:40
- 35
“Yaxşı hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Ancaq oyunçuların fərdi olaraq sonluqda səhvləri oldu”
Rekord.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov “Lənkəran”la keçirdikləri görüşdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis rəqib komandanı qələbə münasibətilə təbrik edib: "Lənkəran"ı təbrik edirəm, çox yaxşı oynadılar. Demək olar ki, sona qədər mübarizə apardılar. Rəqibi bir daha təbrik edirəm”.
Baş məşqçi oyunçularından narazılığını ifadə edib: “Qarşı tərəf yaxşı oynadı, lakin bizim oyunçular haqda bunu demək olmaz. 11 xallıq fərq yaratdıq. Ancaq ondan sonra oyunçular arası əlaqə itdi. Belədə, oyun əldən getdi. Sonda bir sıra oyunçumuzun səhvi buna gətirib çıxardı”.
Bu gün Azərbaycan Basketbol Liqasının 13-cü turunda “Quba” – “Lənkəran”a 87:84 hesabı ilə uduzub.