Bir vaxt bura stadion idi.

Bir vaxt bura özünə saysız-hesabsız futbol azarkeş çəkirdi.

Bir vaxt bura güclülər dəstəsinin sevimli «oylağ»ı idi.

Bir vaxt «Xəzər Universiteti» burada ev oyunlarını keçirirdi.

Həmin klubun bazası əsasında Azərbaycan futbolu «İnter»i, sonra da «Keşlə»ni tanıdı. Amma bu gün həmin bu stadion tanınmaz hala düşüb.

Zabratda yerləşən idman qurğusu baxımsızlıqdan tamamilə yararsız hala düşüb.

Keçmiş meydança indi qoyun-quzunun otlaq sahəsidir. Qəsəbədə kim mal-qara saxlayır, bura gətirir.

Ancaq vaxt var idi ki həmin insanlar öz balaca övladlarının əlindən tutub, gözəl futbola tamaşa etmək məqsədilə bu qapıdan içəri keçirdi…