“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Kəpəz”lə üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.


Abbasov 1:1 hesabı ilə başa çatan oyun haqda bunları deyib:


“Stresli oyun idi. “Kəpəz” də, biz də qələbə qazanmaq istəyirdik. Çünkü hər iki komandanın xallara ehtiyacı var idi. Qoldan sonra adi epizoddan qol buraxdıq. Xallarımızın üzərinə xal gəldi. Razıyam, futbolçularımı təbrik edirəm. Yuxarı pillələrə yaxınlaşırıq. Gərgin oyun oldu. Hər iki komandanın haqqı idi ki, bir xal qazansın.


Leroy Mikelsin zədəsi ciddidir. Həkimlər bildirib ki, bir həftə sonra bizimlə məşqlərə başlayacaq. Yəqin ki, gələn tur olmayacaq. Amma o biri tur ehtimal var ki, oynasın”.