
“Bir xala layiq idik” - Berezutski
- 27 Apr 2025 23:01
- 39
“Sabah” Azərbaycan Premyer Liqasının 32-ci turunda bu gün “Qarabağ”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra “bayquşlar”ın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. Berezutski “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edib:
“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bu gün hər iki tərəfin ifasında kəskin, maraqlı mübarizənin şahidi olduq. Düşünürəm ki, bir xala layiq idik.
Müəyyən qeydlər apardıq. Amma qarşıdakı matç kubokun final oyunudur, burada istənilən nəticə qeydə alına bilər. Buna baxmayaraq, bu görüşün favoriti yenə də “Qarabağ”ı görürəm. Bəli, “Qarabağ” favoritdir, amma biz də əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.