Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma keçirilib. 

Bütün oyunlarda meydan sahibləri qələbə qazanıb:

Birinci Divizion
9-cu tur

1 noyabr

Keşlə-2 – Qarabağ-2 2:1
Qol: Elmir Rəhimzadə, 40; Tunar Mütəllimov, 90+4 – Musa Qurbanlı, 84-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Etibar Həsənov.
“AZAL Arena”.

Sumqayıt-2 – Sabah-2 2:1
Qol: Nəbi Məmmədov, 47; Rüfət Abdullazadə, 63 – Reza Biqdelo, 90+2-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Elmin Süleymanov, Orxan Məmmədov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança).

Ağsu – Turan Tovuz 3:1
Qol: Səbayıl Bağırov, 40-avtoqol. Fərrux Rəhimov, 43-pen. Malik Babayev, 68 – Elçin Qasımov, 31.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Ruslan Quliyev, Kamranbəy Rəhimov.
Ağsu şəhər stadionu.

Bu tur “Qaradağ Lökbatan” komandası istirahət edib. Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Neftçi-2 – Səbail-2 1:1
Kəpəz – Zirə-2 3:0
MOİK – Zaqatala 0:1