Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün turun daha iki oyunu keçirilib. 

Hər iki görüş heç-heçə ilə başa çatıb.

Turun son matçı – MOİK – “Sabah-2” qarşılaşması sabah keçiriləcək.

Birinci Divizion
4-cü tur

28 oktyabr

Qarabağ-2 – Neftçi-2 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, İnqilab Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00.

Kəpəz – Zaqatala 4:2
Qol: Nicat Məmmədov, 10. Tural Qürbətov, 23; 72. Orxan Abdullayev, 65 – Kənan Müslümov, 69-pen. Roini İsmayılov, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Kərim Zeynalov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu, 15:00.

29 oktyabr

Keşlə-2 – Turan Tovuz 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Elman Kərimov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
“ASK Arena”, 14:00.

Sumqayıt-2 – Qaradağ Lökbatan 1:1
Qol: Nurlan Quliyev, 36-penalti – Elşən Veysov, 62.
Qırmızı vərəqə: Elşən Veysov – ikinci sarı vərəqə (“Qaradağ Lökbatan)
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Hidayət Feyzullayev, Səbuhi Bayramov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00.

30 oktyabr

MOİK – Sabah-2
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Tural Qurbanov.
“ASCO Arena”, 14:00.


Alkaser “Qarabağ”la oyun haqda: “Eyni istəklə oynayacağıq”
10/29/2020 | 15:10Azərbaycan futbolu
   
UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la qarşılaşacaq İspaniyanın “Vilyarreal” klubunun futbolçuları oyunla bağlı paylaşım ediblər.

Komanda.az xəbər verir ki, İspaniya təmsilçisinin hücumçusu Pako Alkaser və yarımmüdafiəçisi Visente İborra “twitter”də matç barədə fikirlərini bölüşüb.

Alkaser oyunla bağlı bunları qeyd edib:

“Eyni istəklə oynayacağıq və növbəti üç xal üçün mübarizə aparacağıq”.

İborra isə qrup mərhələsinin ikinci qarşılaşmasında komanda olaraq hədəfə doğru bir addım daha irəliləmək istədiklərini vurğulayıb.

Türkiyədə keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçı bu gün, saat 21:55-də start götürəcək.