Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbir klub və KİV nümayəndələri üçün qapalı olub. 

Ötən mövsümdən fərqli olaraq, çempionat 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq. 

Birinci Divizion
1-ci tur

“Keşlə-2” - “Kəpəz”
“Sumqayıt-2” - “Qarabağ-2”
“Qaradağ Lökbatan” -  MOİK
“Turan Tovuz” - “Zaqatala”
“Neftçi-2” - “Sabah-2”

Qeyd edək ki, Birinci Divizionda yeni mövsümə oktyabrın 1-də start veriləcək.