“Birinci hissədə düzgün düzülə bilmədik” - Berdıyev
- 09 Noy 2024 20:00
- 78
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Səbail"lə oyundan sonra mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları deyib:
"İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülə bilmədik. Epizodlarda rəqib daha yaxşı görünürdü. İkinci hissədə düzəlişlər etdik. Daha yaxşı oynadıq".