Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubunun baş məşqçisi Rik Şants açıqlama verib.

Rekord.az xəbər verir ki, USL-in 2-ci turunda “Los Anceles Qalaksi”nin ikinci komandasına 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra danışan mütəxəssis, Rüfətlə bağlı fikirlərini bölüşüb:

“Biz axtardığımız hücumçunu Rüfətlə tapdıq. Onun mərkəzdə topla rəftarı, fiziki göstəriciləri sayəsində cinah hücumçularımız daha aqressiv ola bilir. Rüfət hücumda oyunumuzu asanlaşdırır, rəqibin müdafiəsini rahat keçə bilirik. Hazırda müdafiəyə kömək edən forvard azdır. Rəqibin iki mərkəz müdafiəçisini özünə cəlb edən “9 nömrə”niz varsa, bunun sizə çox köməyi dəyər. Rüfət də cinahları yaxşı idarə edə bilir. Onun topla rəftarı və hava mübarizəsində üstün olması rəqibləri geri çəkilməyə məcbur edir. Bir az da sürəti olsaydı, Almaniyanın ən səviyyəli futbolçularından birinə çevrilərdi. Onun oyunu oxumaq bacarığı çox yaxşıdır”.