“Biz sadəcə, əsgərlərimizə dəstək olmaq istədik” – Maksim Medvedev
- 03 Noy 2020 15:15
- 602
“Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa Liqasının Polşa “Legiya”sı ilə pley-off mərhələsinin oyunundan (3:0) sonra əsgər salamı vermələri ilə bağlı “Reuters”ə açıqlama verib.
Rekord.az xəbər verir ki, 31 yaşlı müdafiəçi tezliklə komandasının doğma meydanda məskunlaşacağına inandığını bildirib:
“Biz sadəcə, bu çətin dönəmdə Azərbaycan xalqına, torpaqlarımızı azadlığı uğrunda vuruşan əsgərlərimizə dəstək olmaq istədik. Bilirsiniz, Ağdamda oynadığımız matçlara nə qədər adam gəlirdi? İnsanlar hasarlara dırmaşır və oyuna oradan baxırdılar. "Qarabağ"ın azarkeş bazası ümummilli xarakter daşıyır. Komanda Azərbaycanın çoxdan azad etmək istədiyi bölgəni təmsil edir, Çempionlar Liqasında qrupa düşən ilk yerli klubdur. Ona görə də tərəfdarları daha çoxdur”.