“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini paylaşıb.

Rekord.az xəbər verir ki, o, 2:3 hesablı məğlubiyyəti belə şərh edib:

"Planlaşdırdığımız kimi, oyuna aqressiv başladıq. Qol da vurduq. Oyunun gedişində bəzi futbolçuların etdiyi səhvlərdən sonra “Sabah" daha üstün oynamağa başladı. Çalışırdıq ki, oyunda dönüş edək, ələ düşən qol imkanlarından yararlana bilək. Çempionat davam edir. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Düzgün qərarlar verib bizə lazım olan nəticələri qazanmalıyıq. Qol vurduqdan sonra ardıcıl səhvlər etməyə başlayırıq. Etdiyimiz sadə səhvlərdən sonra rəqiblər üstünlüyü ələ alırlar və qol epizodları yaradıb bundan da yararlanırlar. Məşqlərdə bunun üzərinə daha çox getməliyik".