“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı doğma meydanda 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Futbolçulatımı təbrik edirəm, vacib qələbə qazandıq. Mənim üçün bu oyunda qələbə qazanmaq mühüm idi. Bu komandayla iki yoxlama oyunu keçirmişdik və güclərini bilirdik. "Sabah" aqressiv komandadır. 4 gün sonra vacib oyunumuz var. Düşünürəm ki, maraqlı, mübarizəli oyun oldu. Futbolçularım da bütün diqqətlərini bu oyuna verdi və güclərini göstərdilər.

- "Şerif"lə oyuna qədər yeni transfer gözlənilirmi?
- Bir transfer ola bilər, ancaq alınıb alınmayacağını bilmirəm. Hazırda futbolçu almaq bir az çətindir. Hərə öz ailəsini qoruyur, onların yanında olur. Çox futbolçu var ki, virusa görə ölkəsindən ayrılmaq istəmir. Amma ola bilər ki, yeni transfer olsun.

- Rəqib "Şerif"dir və artıq 3-cü dəfədir ki, bu komandayla oynayacaqsız. Bu, sizin üçün hansısa məna kəsb edir? 
- "Şerif"lə əvvəlki oyunlar bizim üçün asan keçməmişdi. Oyuna yaxşı hazırlaşmalıyıq. Heyətlərində çoxlu legioner var, məşqçiləri də xorvatdır. İntizamlı oyun göstərməliyik. Bizi ciddi rəqib gözləyir. (komanda.az)