“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəmandırlar” - Andersson
- 14 Noy 2023 21:54
- 251
“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaqlar”.
Rekord.az xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.
61 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaqlarını söyləyib: “Təşəkkür etmək istədiyim o qədər insan var ki. Bizi dəstəkləyənlər böyük ürəkli insanlardır. Onların bu addımları bizim üçün çox şey deməkdir”.
Noyabrın 16-da keçiriləcək Azərbaycan – İsveç oyununa saat 21:00-da start veriləcək.