Bloger Ismail Kasumov xeyriyyə aksiyası keçirib
- 28 Okt 2018 08:53
- 3356
Azərbaycanlı bloger Ismail Kasumov şəhərin küçələrində növbəti xeyriyyə aksiyası keçirib.
Bu dəfə o, qocalara və evsizlərə kifayət qədər böyük məbləğdə pul verib.
Öz İnstaqram səhifəsində Ismail Kasumov bu aksiyanı təfərrüatı ilə işıqlandırıb. Eyni zamanda, o, izləyicilərini mütəmadi olaraq xeyriyyə işləri ilə məşğul olmağa və insanlara kömək etməyə çağırır.
Ismail Kasumovun profilinin əsas mövzusu dəbdəbəli həyat və motivasiyadır. Hazırda onun İnstaqram hesabının 1 milyondan çox izləyicisi var.