Bu yay “Bavariya” ilə yollarını ayıran futbol üzrə Almaniya millisinin müdafiəçisi Jerom Boatenq karyerasını Fransada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 32 yaşlı futbolçu Lion “Olimpik”i ilə müqavilə bağlayıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. Müdafiəçi yeni komandasına azad agent statusunda keçib.

2011-ci ildən “Bavariya”da çıxış edən Boatenq, Münhen təmsilçisinin heyətində 364 matça çıxıb, 10 qol vurub. Təcrübəli müdafiəçi daha öncə “Herta”, “Hamburq” və “Mançester Siti” klublarının da formasını geyinib.