“Sabah” basketbol komandasının baş məşqçimiz Boban Mitev FİBA Avropa Kubokunun təsnifat mərhələsində Niderlandın "Donar" komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, qazandıqları qələbə barədə bunları söyləyib:

“İlk növbədə həmkarım və sabiq oyunçum Andrey Ştimaçı yaxşı komanda formalaşdırdığına görə təbrik edirəm. Onlar həqiqətən yaxşı oyun sərgilədilər. Oyunçularımı və mənə bu klubda işləmək imkanı yaradan insanları  təbrik edirəm, onlara təşəkkürümü bildirirəm. Qələbəmizi Azərbaycan basketboluna həsr edirik. 18 ildən sonra avrokuboklara qatıldıq və ilk qələbəmizi qazandıq.
Oyuna gəldikdə biz yeni komandayıq. Yeni komanda qururuq. Ümid edirəm, tədricən daha yaxşı oyun sərgiləyəcəyik. Növbəti oyunumuz "Rabotniçki"yə qarşı olacaq. Şanslar bərabərdir".