Almaniyanın 2-ci Bundesliqa klubu “Bohum”da forma geyinən Barış Ekincier Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinə dəvət alıb.

Rekord.az xəbər verir ki, bu barədə Almaniyanın “Reviersport” portalı məlumat yayıb.

Xəbərdə, Barışın 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2021-in seçmə mərhələsində Fransa ilə qarşılaşacağı matç üçün dəvət aldığı bildirilib.

Azərbaycan U-21 – Fransa U-21 görüşü sentyabrın 7-də, Sumqayıt şəhər stadionunda keçiriləcək.