Almaniyanın “Bohum” klubunda çıxış edən Barış Ekincier 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində, sentyabrın 7-də Fransa yığmasına qarşı keçirəcəyi oyuna hazırlıq məqsədiylə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus testinin pozitiv nəticələnməsi ilə əlaqədar Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunmasıdır.