"Neftçi" öz yetirmələri olan İsmayıl Zülfüqarlı və Fərid Yusiflini mövsümün sonunadək "Turan Tovuz"a icarəyə verib.

Rekord.az xəbər verir ki, bu qərar baş məşqçi Miodraq Bojoviçlə məsləhətləşmədən sonra verilib.

Ondan bu futbolçuların xidmətində maraqlı olub-olmadığı soruşulub, Bojoviç isə daha təcrübəli yerlilərə və legionerlərə ehtiyacı olduğunu bildirərək, İsmayılla Fəridin xidmətində maraqlı olmadığını bildirib. Yalnız bundan sonra hər iki futbolçunun Tovuza yollanmasına icazə verilib.