Fevralın 8-də ölkə kubokunun 1/4 finak mərhələsinin cavab matçı çərçivəsində "Sumqayıt"ı qəbul edəcək "Neftçi" də itkisiz ötüşməyəcək.

Rekord.az xəbər verir ki, cəzalı durumda olan Valdes Samudio və Dieqo Qabriel bu qarşılaşmada olmayacaq.

Eyni zamanda komandanın tərcüməçisi Vüqar Əliyev də cəza səbəbindən ehtiyat oyunçular skamyasında yer almayacaq ki, bu da baş məşqçi Miodraq Bojoviçin işini çətinləşdirəcək.