Argentinanın “Boka Xuniors” klubunun Libertadores kubokundakı növbəti oyunu ləğv olunub.

Rekord.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONBEBOL) mətbuat xidməti məlumat yayıb. 

Libertadores kubokunun 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçirilməli olan “Boka Xuniors” – “İnternasional” (Braziliya) matçı Dieqo Maradonanın ölümünə görə təxirə salınıb. Qarşılaşma dekabrın 3-də, cavab matçı isə 10-da oynanılacaq.

Dünən vəfat edən Maradona, 1981-82 və 1995-97-ci illərdə “Boka Xuniors”da forma geyinib.