Azərbaycan Boks Federasiyası (ABF) tərəfindən Masallıda cənub zonasının məşqçiləri üçün seminar keçirilib.

Rekord.az xəbər verir ki, təlimlərə ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Məşqçilər Komitəsinin sədr müavini Əsgər Eyvazov rəhbərlik edib.

Seminar Masallı, Lənkəran, Biləsuvar, Astara və Cəlilabaddan olan mütəxəssislərin təkmilləşdirilməsi məqsədi daşıyıb.