Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirin keçirilmə günü dəqiqləşib.

Rekord.az xəbər verir ki, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq yarış martın 28-də start götürəcək.

Heydər Əliyev kubokunda qaliblərin adlarına aprelin 1-də aydınlıq gələcək. Turnirdə martın 1-də komandaların gəlmə, aprelin 2-də getmə günü olacaq.

Qeyd edək ki, Azərbaycanda noyabrda təşkil olunacaq 22 yaşadək boksçular arasında Avropa çempionatının tarixi bugünlərdə dəqiqləşəcək.