Boksçularımız hazırlıq üçün Qazaxıstana yollanıb
- 31 Yan 2024 14:30
- 242
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb.
Rekord.az xəbər verir ki, yığma məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatıda təlim-məşq toplanışı keçəcək.
Hazırlıqda əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Məşqçilər korpusu Qazaxıstanda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hər üçü 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq) və Seyid Seyidovu (86 kq) yoxlayacaq.
Yerli boksçularla hazırlıqda sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Bu gün start götürəcək toplanış fevralın 9-dək davam edəcək.