Boksçumuz Avropa birinciliyini gümüş medalla başa vurdu
- 12 İyl 2021 12:30
- 732
Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb. Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarışı gümüş medalla bitirib.
Ardıcıl olaraq Arseni Oniyenkonu (Ukrayna), Fyodor Kamanini (Estoniya) və Daniel Girleanunu (Rumıniya) məğlub edən həmyerlimiz finalda rusiyalı Boqdan Prima ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Boksçumuz birinciliyi ikinci yerdə başa vurub.