Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda təşkil olunan 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Rekord.az xəbər verir ki, 57 kq çəkidə qüvvəsini sınayan idmançı 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.

Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 9 boksçu ilə təmsil olunur.