Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda keçirilən ikinci Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala vəsiqə qazanıb.

Rekord.az xəbər verir ki, 57 kq-da mübarizə aparan boksçu 1/8 finalda Kaleb Tiradonu (Puerto Riko) sınağa çəkib.

Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).

Boksçu 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də baş tutacaq.

Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.