Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Dominqes 1/4 finalda türkiyəli idmançı Bayram Malkanla qarşılaşıb. Döyüş Azərbaycan təmsilçisi Dominqesin qələbəsiylə başa çatıb.

Dominqes yarımfinala vəsiqə qazanıb. Qaydalara əsasən, boks yarışlarında yarımfinala vəsiqə qazanan idmançı ən azı bürünc medalı təmin etmiş olur.

Azərbaycanın ilk medalını (bürünc) bu gün qadın cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.