Boksçumuzdan Avropa birinciliyinə uğurlu start
- 24 İyl 2023 12:30
- 346
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançı Françesko Crucillanı (İtaliya) məğlub edib.
O, 1/16 final çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.