
Bölgə hakimlərinin problemi: çox oyun, çox qazanc istəyirsənsə...
- 13:00
- 73
Azərbaycandakı futbol hakimliyinin əsas problemlərindən biri də Premyer Liqada bölgələri təmsil edən hakimlərin yox səviyyədə olmasıdır.
Rekord.az xəbər verir ki, bölgədən olan hakimlər daha çox aşağı liqalardakı oyunlara göndərilir.
Premyer Liqa, hətta I Liqa oyunlarına təyinat almaq istəyən hakimlərin qarşısına isə şərt qoyulur: Həftədə iki dəfə Bakıya gəlməli, keçirilən dərslərdə iştirak etməlisən. Bu tələb isə bölgədən olan hakimlərə sərf etmir. Çünki həftədə iki dəfə Bakıya gəlib-getmək maddi xərc tələb edir ki, bunu da hakimlər özləri qarşılamalıdır.Onsuz da aşağı məbləğə qonarar alan hakimlər üçün isə bu, qətiyyən sərf etmir.