Növbəti mövsümdən I Liqada mübarizə aparacaq "Qəbələ" yerli futbolçu transferini yekunlaşdırıb.

Bunu Rekord.az-a açıqlamasında klubun idman direktoru Səbuhi Səfiyarlı deyib.

Onun sözlərinə görə hazırda bütün diqqət legioner transferinə yönəlib. Klub rəsmisi eyni zamanda, komandanın iyulun 20-dən etibarən yeni mövsümün hazırlıqlarına start verəcəyini bildirdi. Hazırlıqlara doğma Qəbələdə başlanılacaq.