Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Qaradəniz təmsilçisi İtaliyanın “Bolonya” klubundan Stefano Densvili icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi 2021/2022 mövsümünü “Trabzonspor”da keçirəcək.

Densvil “Bolonya”dan əvvəl Niderlandın “Ayaks” və Belçikanın “Brügge” klublarında çıxış edib.