Futbol üzrə Azərbaycan Birinci Divizionunda mövsümün son oyununun ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olunub.

Rekord.az xəbər verir ki, yarışı 3-cü pillədə başa vurmuş “Turan Tovuz”un hücumçusu Vidadi Cəfərov 18 qolla Birinci Divizionda 2020/21 mövsümünün ən sərrast futbolçusu seçilib.