İtaliyanın “Latsio” klubu hücumçusu Çiro İmmobilenin müqaviləsini yeniləyib.

Rekord.az xəbər verir ki, 30 yaşlı hücumçuyla müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İmmobile son mövsümdə İtaliya A Seriyasında 36 qolla bombardir olub və “qızıl buts” mükafatını qazanıb.

“Yuventus”un yetirməsi olan İmmobile karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund) və “Sevilya”da da çıxış edib. O, 2014-cü ildən İtaliya yığmasına da dəvət alır. Çiro 2016-cı ildən “Latsio”nun uğurları üçün çalışır.