Bonuççidən etiraf: "İndiyə qədər keçirdiyim ən ağır matç idi"
- 08 İyl 2021 14:42
- 619
İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççu İspaniya komandası barədə müsbət fikirlər səsləndirib.
“Skudra adzurra” dünən Avro-2020-nin yarımfinalında İspaniyaya qalib gələrək (1:1, penaltilər seriyasında 4:2) finala vəsiqə qazanıb.
Rekord.az-ın xəbərinə görə, “Yuventus”lu futbolçu oyundan sonra verdiyi açıqlamada etiraf edib ki, İspaniya ilə görüş karyerasında ən çətin oyun olub: “Bu, indiyə qədər keçirdiyim ən ağır matç idi. İspaniyanı göstərdiyi oyuna görə təbrik edirəm. İtaliya olaraq biz çətin sədləri keçmək bacarığımzı, ürəyimizi və qərarlılığımızı göstərdik. İndi bizim üçün bir santimetr daha qalıb. Bir santimetr... İnanılmaz bir uğura nail olmuşuq, finaldayıq. Beş gün sonra kuboku illər sonra evimizə aparmaq üçün eyni aclığa və fədakarlığa ehtiyacımız var”.