Bordin cəzalı duruma düşdü
- 04 Dek 2019 14:41
- 896
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Premyer Liqanın 13-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Zirə” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Neftçi” matçında “Səbail”in futbolçusu Eltun Yaqublu ilə “Neftçi”nin meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir. Oyun başa çatdıqdan sonra “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 AZN cərimə olunub.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunub.