Bordin “Neftçi”dəki günlərini yada saldı: “Yaxşı başlamışdıq”
- 2020-02-12 14:21
- 662
“Neftçi”nin keçmiş baş məşqçisi Roberto Bordin Azərbaycandakı karyerası haqda danışıb.
Rekord.az xəbər verir ki, İtaliya mətbuatına danışan Bordin, bunları deyib:
“Şerif”də çalışdığım bir il yarım ərzində iki dəfə ölkə çempionluğu qazandım. Bu il isə “Neftçi” ilə yaxşı başlamışdıq. Ancaq fərqli zehniyyət, mədəniyyət və çalışma tərzi ilə qarşılaşırsan. Bu amillər istər-istəməz insana çətinlik yaradır”.
2018-ci ilin yayından “Neftçi”ni çalışdıran Bordin, bu ilin yanvarında istefaya göndərilib.