Məlum olduğu kimi, Roberto Bordinlə vaxtından əvvəl yollarını ayıran "Neftçi" kompensasiya olaraq, ilin sonuna kimi, onun maaşını ödəməli idi.

Rekord.az-a daxil olan məlumata görə, pandemiya dövründə "Neftçi" rəhbərliyi italiyalıdan güzəşt xahiş edib.

Yəni məbləğin azaldılması və ya 1-2 aylıq dondurulması ilə bağlı. Lakin Bordin klubun bu təklifini qəbul etməyib və təzminatla ona çatacaq pulun hesabına köçürülməsinin dayandırılmamasını tələb edib.