“Borussiya” 2 hücumçusunu itirdi
- 20 İyn 2020 15:43
- 648
Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu iki hücumçusunun xidmətindən məhrum olub.
Rekord.az xəbər verir ki, Markus Türam və Alassane Plea zədələnib. Bu barədə komandanın baş məşqçisi Marko Rouz məlumat verib.
Ayaq biləyindən zədələnən Türam əməliyyat olunacaq və mövsümün geri qalan oyunlarında iştirak edə bilməyəcək. Pleanın isə növbəti iki oyunu buraxacağı ehtimal edilir.