“Borussiya” onu Fransa klubuna satdı
- 05 İyl 2021 11:20
- 505
Fransanın “Olimpik” (Marsel) klubu heyətinə daha bir futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi ötən mövsüm Dortmund “Borussiya”sından icarəyə götürdüyü Leonardo Balerdinin transfer hüquqlarını alıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı argentinalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Boka Xuniors”un yetirməsi olan futbolçu 2019-cu ildən Almaniya klubunda idi. Mərkəz müdafiəçisi Argentina millisinə də dəvət alır.