Almaniyanın “Borussiya” (Dortmund) klubu aşağı yaş qrupları üzrə komandalar üzrə texniki direktor vəzifəsində çalışan Mixael Skibbeni istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə almaniyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrıldığı diqqətə çatdırılıb.

Almaniyada “Şalke”, “Borussiya” (Dortmund), “Bayer”, “Ayntraxt”, “Herta”, Türkiyədə “Qalatasaray”, “Əskişəhərspor”, “Karabükspor”, İsveçrədə “Qrashopper” klublarında çalışmış Skibbe Yunanıstan yığmasında da baş məşqçi olub. O, 2019-cu ilin iyulundan “Borussiya”da texniki direktor vəzifəsində çalışırdı.